Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:57

ABŞ-a uçan təyyarələrdə təhlükəsizlik tədbirləri gücləndiriləcək


İndən belə Birləşmiş Ştatlara uçan təyyarələrdə əlavə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

23 yaşlı bir Nigeriya vətəndaşı Amsterdamdan Detroyda uçan sərnişin təyyarəsində terror aktı törətməyə cəhd göstərib.

Məlumatlara görə o ayağına bərkidilmiş partlayıcı qurğunu işə salmaq istəyəndə qurğu partlamayıb və bu zaman o qurğunu yandırıb və nəticədə yanğın baş verib.

Ömər Fərrux Abdul Mütəllib adlı bu şəxs xəstəxanaya götürülüb.

ABŞ rəsmiləri onun Əl Qaidə ilə əlbir olduğunu hesab edirlər.

Təyyarə Detroytda normal yerə enib və bütün sərnişinlər və heyət üzvləri salamatdırlar.
XS
SM
MD
LG