Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 16:43

Müşfiq Hüseynov: «Jurnalistikaya qayıdacağam»


Müşfiq Hüseynov azadlıqda
Müşfiq Hüseynov azadlıqda
Azərbaycan prezidentinin sərəncamı ilə əfv olunan jurnalist Müşfiq Hüseynov Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsindən azad edilib. O, 2008-ci il yanvarın 21-də rüşvət alma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Aprelin 4-də Apellyasiya Məhkəməsi onun həbs müddətini 5 ilə qədər azaldıb.

«Mən hələ sağalmamışam, deyə bilmərəm ki, özümü yaxşı hiss edirəm. Müalicəni davam etdirmək lazımdır. Bir müddət əvvəl müalicə nəticə verdi, amma sonra yenə xəstəlik ağırlaşdı», - deyə Müşfiq həbsdən çıxarkən «Turan»ın müxbiri ilə söhbətində bildirib.

Gələcək planları barədə suala cavab verən M.Hüseynov deyib:

«Jurnalistikaya qayıdacağıma ümid edirəm. Mən heç vaxt özümü təqsirli bilməmişəm. Mənim həbsim siyasi sifariş idi və mən tamamilə günahsızam. Nə qədər ki, Azərbaycanda korrupsiya mövcuddur, belə sifarişli həbslər davam edəcək».

Sonda M.Hüseynov həbsdə olduğu müddətdə onu dəstəkləyən beynəlxalq və yerli təşkilatlara böyük minnətdarlığını bildirib.

XS
SM
MD
LG