Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

22-mərtəbəli binada yanğın olub


Dekabrın 25-də Zivərbəy Əhmədbəyov küçəsi 21-də 22-mərtəbəli binada yanğın olub. 2-si uşaq olmaqla 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

8 saylı Təcili Yardım Stansiyasının həkimi Məmmədova Fəxriyyə AzadlıqRadiosuna bildirib ki, onların vəziyyəti sabitdir.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerində olan nümayəndəsi məlumat verməkdən imtina edib.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları isə yanğının 16-cı mərtəbədə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyini bildiriblər.
XS
SM
MD
LG