Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 17:52

Taliban tutuduğu ABŞ əsgərini nümayiş etdirdi


Taliban beş ay əvvəl tutduğu ABŞ əsgərinin videosunu nümayiş etdirib. Videoda ABŞ hərbi formasında gözündə gün eynəyi olan adam görünür. Videonun altına da “müharibə dustağı Bov Robert Bergdahl” yazılıb.

Həmçinin məlumat verilir ki, onu “Əfqanıstan İslam Əmirliyinin mücahidləri” tutublar.

NATO-nun rəhbərliyindəki Əfqanıstandakı xarici hərbi missiya onun beş ay əvvəl Əfqanıstanın Paktika əyalətində yoxa çıxmış əsgər Bergahl olduğunu təsdiqləyib.

Talibanın sözçüsü videoda ABŞ dövlətini bu əsgəri başqa məhbuslarla dəyişməyə çağırır.
XS
SM
MD
LG