Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 01:41

Dissident yazar 11 illik həbs cəzası aldı


Çində tanınmış demokratiya carçısı, ədəbi tənqidçi Liu Xiaobo 11 il müddətinə azadlıqdan məhrum edilib.

Üç saata qədər davam edən məhkəmədə onu “dövlətin gücünü zəiflətməyə təşviq etmək” ittihamı ilə məhkum ediblər.

Liu 1989-cu ildə Tiananmen Meydanında demokratiya tərəfdarlarının mitinqində fəallardan biridir. O, Çində fikir azadlığının, insan haqlarının, azad seçkilərin təmin edilməsini tələb edən manifestin müəllifidir.

Kiu Xiaobo keçən il həbs olunub. ABŞ, Avropa Birliyi onun azad edilməsinə çağırsa da Çinin kommunist hakimiyyəti bu çağırışlara məhəl qoymayıb.

Liu Xiaobo 2003-cü ildən Çində PEN Mərkəzinin rəhbəri olub.
XS
SM
MD
LG