Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Pənah Hüseyn parlamentdə danışmaq hüququndan məhrum edildi


Pənah Hüseyn
Pənah Hüseyn
Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseyn parlamentin dekabrın 25-də keçirilən iclasında mikrofon verilmədən danışdığı üçün bu hüquqdan müvəqqəti məhrum edilib. Fasilədən sonra qanun layihələrinin müzakirəsində adı çıxış edənlərin siyahısında olsa da ona söz verilməyib. Oqtay Əsədov deputata deyib ki, bu qərara onun dəfələrlə nizamnaməni pozması və xəbərdarlıqlara məhəl qoymaması səbəb olub. Qadağa ilə bağlı ona veriləcək rəsmi sənəddə nə vaxtadək danışmayacağı da göstəriləcək.

Deputat Pənah Hüseyn bu barədə AzaldlıqRadiosuna açıqlamasında deyib ki, əslində spikerin bir neçə dəfə xəbərdarlıqdan sonra bunu etmək səlahiyyəti var. Ancaq replikaya görə deputatı danışmaq hüququndan məhrum etmək dözümsüz yanaşmadır. Avropa Parlamentlərində, hətta qonşu Türkiyənin Böyük Millət Məclisində deputatların mikrofonsuz danışması, əllərini masaya vuraraq, yerlərindən qalxaraq mövqelərini ifadə etmələrə həmişə müşahidə edilir.

«Bu parlament praktikasıdır. Ancaq Azərbaycanda onların belə hərəkətlərə yol verməsinin əsas səbəbi odur ki, Milli Məclisə müxalifətin öz fikrini ifadə etməsi üçün prosedur qayda yoxdur. Əgər 30 dəqiqəlik müzakirələrdə çıxış etmək üçün kimsə düyməni basmağa bir qədər gecikirsə, yaxud texniki səbəbdən o siyahıdan kənarda qalırsa o heç vaxt öz mövqeyini ifadə edə bilməz. Çünki bundan ötrü hansısa qayda yoxdur. Bizim də tələbimiz odur ki, əgər müraciət edərsə, deputata dünyanın hər yerində olduğu kimi istənilən məsələ haqında öz fikrini ifadə etmək hüququ verilsin. Və bu qanunvericilikdə təsbit olunsun».

Pənah Hüseyn deyir ki, «Müsavat deputat qrupu parlamentdə yeganə qrupdur. Və biz demişik ki, bu qrupun öz fikrini ifadə etməsi üçün heç olmasa bir nəfərinə belə bir imkan yaradılmalıdır. Hələ ki bu imkan olmadığına görə, biz bir sıra hallarda yerdən replikalar şəklində öz mövqeyimizi ifadə etmək məcburiyyətində qalırıq».

Deputat hesab edir ki, əslində belə məqamlarda məclisdə vəziyyəti gərginləşdirən replikalar yox, sədarətin onlara reaksiyasıdır. Çünki sədarət buna olduqca dözümsüz yanaşır: «Halbuki, dediyim ki, nə Qərbi Avropada nə mentalitet baxımdan bizə yaxın olan qonşu ölkələrin parlamentlərində bu geniş yayılmış bir haldır və heç kəs bundan qalmaqal yaratmır. Mən bunu parlament mədəniyyəti və plüralist siyasi zehniyyətlə əlaqələndirirəm. Kiminsə fikrini bu şəkildə ifadə etməsi rəhbərliyin və deputatlardan kimlərinsə xoşuna gəlmirsə bunun özü aradan qaldırılması vacib olan məsələlərdən biridir».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG