Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Gəncədə «donuz qripi» təsdiqlənmədi


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə gətirilmiş xəstə donuz qripi deyilmiş. Şöbənin baş həkimi Könül Ələkbərovun AzadlıqRadiosuna verdiyi məlumata görə dekabrın 24-də paytxatdakı laborator mərkəzə göndərilən analizin nəticələri təxminən 1 saat bundan əvvəl məlum olub.

«Laborator müayinənin nəticəsinə görə xəstəyə adi qip virusunun sonrakı mərhələsi olan ikitərəfli pnevmaniya diaqnozu verilib. Dünən reanimasiyaya gətirilən Gəncə şəhər sakini 1973-cü il təvəllüdlü İlhamə Məmmədova hələlik süni tənəffüs aparatına qoşuludu. Lakin pnevmaniyaya qarşı edilən müalicə effekt göstərir və nisbətən vəziyyəti yaxşıdır».

Könül Ələkbərov onu da bildirdi ki, xəstənin ailə üzvləri də təxminən 10 gün əvvəl qrip virusuna yoluxub və sağalıblar. Lakin xəstə şəkərli diabet olduğundan immuniteti zəifdir və qripi ağır formaya çevrilib.
XS
SM
MD
LG