Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:15

Türkmənistanda YouTube-a giriş bağlanıb


Türkmənistanda bir neçə internet sayt bağlanıb. Bu barədə müstəqil ferghana.ru saytı xəbər yayıb.

Türkmənistanın yeganə internet provayderi – Turkmentelekom - YouTube, Livejournal və ferghana.ru saytlarına girişi bağlayıb.

Nəticədə ölkədə fəaliyyət göstərən bir sıra xarici şirkətlər internetsiz qalıblar.

Türkmənistanda internetə qadağa hər zaman olub, ancaq prezident Qurbanqulu Berduməhəmmədov paytaxt Aşqabadda bir neşə internet kafenin açılmasına icazə verib.

Türkmənistanda potensial internet istifadəçiləri internetə qoşulmaq üçün şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməlidir. Vətəndaşların əksəriyyəti üçün internetin qiyməti çox yüksəkdir.
XS
SM
MD
LG