Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 22:58

«Qafqazda demokratiya hələ ön plana çəkilməyib»


«Təhlükəsizlik» Araşdırmalar mərkəzinin rəhbəri İlham İsmayıl
«Təhlükəsizlik» Araşdırmalar mərkəzinin rəhbəri İlham İsmayıl
«Bizim Yol»: İlham İsmayıl: «Rusiya və Qərb Azərbaycanda bu hakimiyyətin mövcud olması ilə bağlı çoxdan razılığa gəliblər».

«Təhlükəsizlik» Araşdırmalar mərkəzinin rəhbəri İlham İsmayıl hesab edir ki, «aparılan yanlış xarici siyasət Azərbaycanın təklənməsinə gətirib çıxardı».

«Yeni Müsavat»: «Rusiya ilə dostluq etməliyik, amma…»

Qabil Hüseynli: «Moskvanın Qarabağ məsələsində obyektiv mövqe tutacağı real təsdiqini tapa bilmir».

«Azadlıq»: Bələdiyyə saxtakarlığından etüdlər

Hakim partiyadan olan namizədlər də seçki adına biabırçı şoudan şoka düşdülər.

«Bakı xəbər»: Bakıdakı qaz borclarının çoxu imkanlı şəxslərin payına düşür

Eyyub Hüseynov və Mehman Əliyev fikirlərini açıqladı.

«Şərq»: Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv ediləcək

Bundan sonra hər iki ölkənin vətəndaşlarının gediş-gəlişi asanlaşacaq. Müvafiq protokolu Ankarada Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə tərəfindən isə ölkənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davuoğlu imzalayacaq.

«Azərbaycan»: Daxili işlər orqanları əməkdaşlarının gündəlik fəaliyyətinin mətbuatda düzgün, obyektiv işıqlandırılması mühüm məsələdir.

«İnformasiya azadlığı və media ilə hüquq mühafizə orqanları arasında münasibətlərin tənzimlənməsi» mövzusunda seminar-treninqdə belə deyilib.
XS
SM
MD
LG