Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:30

Bin-Ladenin qızının Tehranda olduğu təsdiqləndi


«Əl-Qaidə» terror təşkilatının lideri Usama bin-Ladenin qızı İrandadır, Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin ərazisində.

İranın XİN Manuçöhr Mottaki deyib ki, İran hökuməti bin-Ladenin qızı İmranın İrana necə daxil olduğu və səfirliyə necə getdiyini bilmir. Nazir bu barədə diplomatik missiyadan onlara xəbər verildiyini bildirib və əlavə edib ki, qadının kimliyi təsdiqlənərsə, ona İranı sərbəst tərk etməyə şərait yaradılacaq.

Bu həftənin əvvəlində KİV-də terrorçunun yaxın qohumlarının Tehran ətrafında ev dustaqlığında saxlanıldığı və qızının qaça bildiyi xəbəri vardı.

İranın XİN bu məlumatı şərh etməyib.
XS
SM
MD
LG