Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Gəncə-Naxçıvan aviareysi bərpa edildi


Dekabrın 25-dən «Azərbaycan Hava Yolları» (AZAL) Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa sərnişin aviareyslərinin həyata keçirilməsini bərpa edir.

Gəncədən Naxçıvana və geriyə təyyarə həftədə 3 gün olmaqla 1-ci, 3-cü və 5-ci günlər uçacaq. Gəncədən saat 14-də qalxacaq təyyarə 1 saatdan sonra Muxtar Respublikanın paytaxtında yerə enəcək.

Birtərəfli istiqamətdə uçuşun qiyməti 39 manat, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə isə 78 manat təşkil edir.

Gəncə-Naxçıvan-Gəncə aviareysi Naxçıvan-Bakı-Naxçıvan aviareslərində yaranan sıxlıqla əlaqədar dayandırılmışdı və həmin marşrutla uçan təyyarələr Bakı-Naxçıvan aviareyslərinə yönəldilmişdi.
XS
SM
MD
LG