Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:26

Roma papasını ibadət zamanı yerə yıxıblar


Roma papası 16-cı Benedikti Milad mərasimində yerə yıxıblar.

Müqəddəs Pyotr kilsəsində keçirilən ibadət zamanı bir qadın hasarı aşaraq onun üzərinə gəlib və papanı yerə yıxıb.

Təhlükəsizlik xidməti qadını dərhal saxlayıb və 16-cı Benediktin qalxmasına yardım edib. Bir qədərdən sonra mərasim davam edib, Papa çıxışında insidentə toxunmayıb.

Vatikanın mətbuat xidməti istisna etməyib ki, saxlanan qadın ruhi xəstə ola bilər.

Bu gün dünya katolikləri Milad bayramını qeyd edirlər
XS
SM
MD
LG