Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 12:45

Putin yazıçılara 1 milyonluq mükafat payladı


Rusiyanın baş naziri Vladimir Putin 2009-cu il üçün mədəniyyət sahəsində dövlət mükafatlarının verilməsi haqda sərəncam imzlayıb.

Makafata layiq görülən 40 nəfər arasında yazıçılar Valentin Rasputin və Aleksandr Kabakov da var.

Valentin Rasputin yazıçı olmaqla yanaşı həm də ictimai fəaldır. Onun əsərlərinin əsas mövzusu milli adət-ənənələrin və mənəviyyatın qorunmasının vacibliyidir. Bu mövzular onun ən populyar əsərlərində qaldırılır: "Proşaniye s Materoy" və "Pojar".

İctimai fəal kimi Rasputin Baykal gölünün çirkləndirilməsinə, Sibir çaylarının məcrasının dəyişdirilməsinə qarşı kampaniyalarda iştirak edib. Aleksandr Kabakov publisist və yazıçıdır. Ən populyar əsərləri "Nevozvraşenets", "Posledniy geroy", "Vsyo popravimo"dur.

Rusiya hökumətinin mədəniyyət sahəsində mükafatı 2005-ci ildə təsis edilib və mükafatı alanlara diplom, nişandan başqa 1 milyon rubl da verilir. Yəni təxminən 35 min dollar.

Həmçinin oxu!

RUSİYANIN ƏN NÜFUZLU İNTELLEKTUALI KİMDİR?

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG