Keçid linkləri

2026, 12 Avqust, çərşənbə, Bakı vaxtı 04:11

İraqda törədilmiş partlayışlarda azı 13 adam ölüb

İraqda Aşura günü ərəfəsində törədilmiş partlayışlarda azı 13 nəfər ölüb, 70-ə yaxın adam isə yaralanıb.

Polisin məlumatına görə birinci partlayış Hillə şəhərində yerli vaxtla təxminən 2-də törədilib.

15 dəqiqə sonra isə polis hadisə yerinə gələndə ikinci partlayış törədilib.

Minlərlə şiə müsəlmanı dekabrın 27-də Kərbəlada Aşura gününü qeyd etməyə hazırlaşır.
XS
SM
MD
LG