Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:33

Jurnalist Azad Şərifov vəfat edib


Azərbaycan jurnalistikasının veteranlarından olan Azad Şərifov 79 yaşında dünyasını dəyişib. «Vesti.az»ın məlumatına görə, jurnalist mədəsində baş verən qanaxma nəticəsində vəfat edib.

Azad Şərifov 1930-cu ildə Bakıda anadan olub. O 19 yaşından başlayaraq «Molodyoj Azerbayjana» qəzeti ilə əməkdaşlıq edib, 1951-ci ildən isə «Fizkulturnik Azerbajana» qəzetindən işləməyə başlayıb. Bir müddət sonra Azad Şərifov «Molodyoj Azerbayjana» qəzetinin redaktoru təyin olunub. Həmkarımız həmçinin Moskvada komsomol və partiya işində aktiv fəaliyyət göstərib, bir müddət «Vokruq sveta» jurnalının baş redaktorunun müavini olub. O həmçinin
«İzvestiya» qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə müxbiri olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinə rəhbərlik edən Azad Şərifov həmçinin «Azərinform» agentliyinin direktoru vəzifəsində də çalışıb.

A.Şərifov dekabrın 24-də Bülbülə qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
XS
SM
MD
LG