Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:01

MSK seçkinin ilkin nəticələrini elan edəcək


«Bu gün bələdiyyə seçkiləri ilə bağlı 100 faiz ilkin nəticələri elan edə biləcəyik». Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 24-də bildirib ki, seçki məntəqələrinin 97 faizindən artıq ilkin nəticələr daxil olub: «Dairə Seçki Komissiyalarının yekun protokolları isə 2 gün ərzində MSK-ya daxil olacaq. Bu protokolların sayı 1718 olacaq. Yəni hər bir bələdiyyə üzrə bir protokol tərtib ediləcək. Adətən ilkin nəticələrlə yekun nəticə arasında fərq cüzi olur».

MSK sədri səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilərin izlədiyini, ciddi qanun pozuntularını qeydə almadıqlarını deyib: «Xoşagəlməz hallarla bağlı isə bizə həm yerli, həm beynəlxalq müşahidəçilərdən məlumat daxil olsa, araşdıracağıq. Beynəlxalq müşahidəçilər də seçki prosesinin demokratik keçirildiyini bildirirlər. Bununla belə, bəzi seçicilər latın qrafikasını bilmədiyindən müəyyən problemlər yaranır, müşahidəçilər də bunu mənfi cəhət kimi qeyd edirlər. Amma bunun alternativi yoxdur, bülletenlər rəsmi dövlət əlifbası ilə çap olunur. Həmçinin, beynəlxalq müşahidəçilər televiziyada yalnız bir partiyanın təbliğat apardığını bildirirlər. Amma bu yanlışdır, heç bir partiya televiziyada təbliğat aparmayıb».

Seçicilərin səsvermədə aktiv iştirak etməməsi ilə bağlı iradlarla razılaşmayan M. Pənahov bələdiyyə seçkilərində seçicilərin 31 faizinin səs verməsinin normal göstərici olduğunu bildirib:

«Mən də arzu edərdim ki, seçicilərin 100 faizi səs versin. Amma dünyanın heç yerində belə olmur. Seçicilər isə səsvermədə iştirak etməkdə sərbəstdir, onları məcburi şəkildə səsverməyə gətirmək olmaz. Bundan başqa, müxalifət qəzetlərində bir neçə məntəqədə qanun pozuntularının olduğu qeyd edilir. Lakin həmin məntəqələrdə pozuntuların baş verməsi ilə bağlı bizə məlumat daxil olmayıb». /APA/
XS
SM
MD
LG