Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:46

MSK seçkiləri baş tutmuş sayır


MSK sədri Məzahir Pənahovun bələdiyyə seçkilərilə bağlı yekun mətbuat konfransı, 23 delabr 2009-cu il
MSK sədri Məzahir Pənahovun bələdiyyə seçkilərilə bağlı yekun mətbuat konfransı, 23 delabr 2009-cu il
SEÇKİ BAŞ TUTUB

«Artıq demək olar ki, Azərbaycanda bələdjiyyə seçkiləri keçirildi. Dekabrın 23-ü səhər saat 8-dən başlanan seçkilər axşam saat 7-də seçicilərin öz hüquqlarından istifadə etmələri ilə başa çatıb. İndi Seçki Məcəlləsinə uyğun olaraq səslərin sayılması mərhələsindəyik».

Bunu MSK sədri Məzahir Pənahov gecə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, «Ümumilikdə səsvermənin gedişi mütləq əksəriyyət məntəqələrdə Sçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilib”.

Bələdiyyə seçkiləri haqqında
Şərhin var?
Onun sözlərinə görə, bu müddət ərzində MSK-ya səsvermənin nəticələrinə hansısa bələdiyyədə ciddi təsir edə biləcək heç bir məlumat, şikayət daxil olmayıb.

«Müəyyən qədər həm kosmissiya üzvlərinə, həm də MSK-nın qaynar xəttinə informativ xarakterli müraciətlər daxil olub. Komissiya üzvləri və informasiya mərkəzinin nümayəndələri seçicilərə bir başa onları maraqlandıran məsələləri izah ediblər».

MSK-YA ŞİKAYƏT OLMAYIB?

MSK sədri deyib ki, seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin sayı kifayət qədər çox olub. Beynəlxalq müşahidəçilər 100-dən artıq məntəqədə olublar. Özü də kifayət qədər geniş coğrafiyanı əhatə ediblər. Ancaq bununla belə MSK-ya rəsmi heç bir şikayət xarakterli müraciət daxil olmayıb.

Ümumilikdə 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvü seçilməsi üçün bu seçkilərdə 31 minə yaxın namizəd iştirak edib.

«Seçici siyahılarına 4 milyon 600 minə yaxın seçici daxil edilmişdi. Bunlardan gün ərzində 1 milyon 462 nəfəri-yəni ümumi seçicilərin 31,86 faizi səsvermədə iştirak edib. Səslərin sayılması mərhələsi vaxtında başlamış və proses hələ də davam edir.

Hesabat saatına (24 dekabr saat 2-00 radələri) ümumi 4813 məntəqənin 34 faizindən-yəni 1637 məntəqədən nəticələr artıq var idi. Bu protokollarakı nəticələrə görə, ümumi məlumat daxil olmuş bələdiyyələrin sayı 653-dür. Onların 439 –undan artıq bütün rəqəmlər daxil olub. İndi vətəndaşlar MSK –nın səytına daxil olmaqla ümumi nəticələrin 3-dən birinə qədərini yoxlaya bilərlər. 439 bələdiyyədə seçilmiş namizədlərin artıq adları da sayta yerləşdirilib».

Cənab Pənahovun sözlərinə görə qalan məlumatlar mərkəzə daxil olmaqdadır. Yəqin ki, dekabrın 24-ü səhər saatlarında artıq bütün 1718 bələdiyyədən daxil olmuş rəqəmləri açıqlamaq mümkün olacaq.

"JURNALİSTLƏRİ DƏ QINAMAQ OLMAZ"

«Biz MSK olaraq 10 illik ənənəni yenə davam etdirib proses başa çatandan sonra qısa bir müddətdə səsvermənin nəticələrini KİV-ə çatdıra bildik.
Bu seçkilərin keçirilməsində aşkarlıqla yanaşı həm də nəticələrin operativ şəkildə çatdırılması, elan olunması baxımından çox yaxşı bir göstəricidir».

Məlumatları çatdırandan sonra MSK sədri bəzi KİV-lərin qanun pozuntuları ilə bağlı suallarını cavablandırarkən deyilən faktların bir qisminin əslində söylənildiyi kimi olmadığını, bəzilərinin isə onları yayan media tərəfindən sonradan təkzib edildiyini bildirib.
«Bəzən bizim televiziyalar da bəzi məsələləri ictimaiyyətə sensasion şəkildə çatdırırlar. Ancaq onları qınamaq da olmaz. çünki hər qurumun özünün maraqları var».

Məzahir Pənahov belə deyib.

Mövzunuburada şərh edə bilərsiniz

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG