Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:17

Markes haqqında kitabda azərbaycanlı müəllifin də məqaləsi var


Q.Q.Markes
Q.Q.Markes
Kiyevdə görkəmli Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Markes barədə kitab nəşr olunub.

Kitaba ötən il Ukrayna paytaxtında Markesin yubileyinə həsr olunan “Mariya” festivalının materialları daxil edilib.

Ukrayna və ingilis dillərində olan kitabın məruzələr bölümü şair, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlunun “Dünyanın ən gözəl təsiri” adlı çıxışıyla açılır.

Təşkilatçıların fikrincə, bu, festivalın “ən maraqlı və cırmaqlayan məruzəsi” olub.

Məruzənin Ukrayna dilinə tərcüməçisi Dimitro Drozdovski (“Vsesvit” jurnalının şöbə müdiri, tərcüməçi), ingilis dilinə tərcüməçisi isə Xaqani Əliyev və Kembric Universitetinin professoru, doktor Stiven Komarnitskidir.

Kitaba Markesin yaradıcılığı ilə bağlı 13 məruzə daxil edilib.

"525"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG