Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 15:19

Vaqif Səmədoğlu "jurnalistləri azad edək" deyir

Əfv komissiyasının üzvü, şair Vaqif Səmədoğlu həbsdə olan jurnalistləri azad etməyi vacib sayır. V.Səmədoğlu bunu komissiyanın bu həftə keçirilməli iclası ərəfəsində Mediaforum sayıtna verdiyi açıqlamada deyib.

Vaqif Səmədoğlunun fikrincə, Azərbaycanda məhkəmələr jurnalistlərə adekvat hökm çıxarmır:

“Cəriməylə, ictimai qınaqla kifayətlənmək olar, jurnalistləri azadlıqdan məhrum etmək düz deyil. Hətta jurnalistlərin cinayətləri varsa və sübut olunubsa da, Qənimət Zahid də, Eynulla Fətullayev də kifayət qədər cəza çəkiblər. Onları mütləq azad etmək lazımdır”.

This item is part of
XS
SM
MD
LG