Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 06:24

Portuqaliyalı futbolçu islamı qəbul edib


Abel Şavier, 2000-ci ilin Avropa Çempionatında
Portuqaliyalı futbolçu Abel Şavyer islamı qəbul edib.

Potuqaliya milli futbol komandasının da formasını geyən Abel Şavyer futbolu buraxdığını və islamı qəbul elədiyini açıqlayıb. Şavyer Abel adını- Feysəl adıyla əvəzləyib. Və bundan sonra Afrikadakı ac uşaqlara yardım eləmək və ancaq yaxşılıq etmək üçün çalışacağını bildirib.

Qızılı rəəngə boyanmış saqqalı və saç düzümü ilə yadda qalan Şavyer ilk kəs İslamla 2003-cü ildə, İstanbulda olanda, Qalatasarayda oynayarkən tanış olduğunu və bundan sonra islamı tədricən sevdiyini bildirib.

1972-ci ildə doğulan Abel Şavyer karyerası boyu Portuqaliya, İspaniya, İtaliya, Hollandiya, Almaniya və İngiltərə çempionatlarında və milli komandada oynayıb.

2005-ci ildə dopinq qəbul elədiyi üçün bir müddət futboldan uzaqlaşdırılıb. Son oynadığı komanda Los Anceles Galaxy olub.
Portuqaliyalı futbolçu Abel Şavyer islamı qəbul edib.
XS
SM
MD
LG