Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:58

«Dağlıq Qarabağ konflikti də bu məsələdə istisna deyil»


Vladimir Ruşaylo
Vladimir Ruşaylo
Bakıda səfərdə olan MDB-nin sabiq icraçı direktoru, Rusiyanın Federasiya Şurasının üzvü Vladimir Ruşaylo AzadlıqRadiosuna eksklüziv müsahibə verib. O müsahibədə Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan sərhədinin açılmasına münasibət bildirib:

- Cənab Ruşaylo, Dövlət Dumasının vitse-spikeri Svetlana Orlova deyir ki, prezident Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin həllinə özü şəxsən çox böyük əhəmiyyət verir. Yerli və xarici ekspertlər isə hesab edirlər ki, regionda Rusiyanın iradəsi olmadan hər hansı konfliktin həlli mümkün deyil. Əgər xanım Orlovanın dediyi kimidirsə, onda sizcə niyə Dağlıq Qarabağ problemi həll olunmur?

- Əgər biz sizinlə ərazi mübahisəsi ilə bağlı konfliktlərin tarixini təhlil etsək görərik ki, onlar həmişə çox uzun zaman ərzində həll olunublar. Ona görə də mən düşünürəm ki, Dağlıq Qarabağ konflikti də bu məsələdə istisna deyil. ATƏT-in Minsk Qrupu var, maraqlı tərəflər var. Ona görə də düşünürəm ki, bu məsələlər həmin qrup çərçivəsində həll olunmalıdır. Rusiya Federasiyasının bu məsələdə roluna gəlincə, o həqiqətən də əhəmiyyətlidir. Amma hesab edirəm ki, bu məsələnin həllində hər şeydən əvvəl Azərbaycanın və Ermənistanın mövqeyi daha vacibdir.

- Bəzi ekspertlər hesab edirlər ki, Türkiyə-Ermənistan sərhədləri açılarsa, Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxa bilər ki, bu da son nəticədə onun Qərblə yaxınlaşmasına səbəb olar. Sizcə bu mümkündürmü?

- Bilirsiniz, bunlar hamısı proqnozlar və ehtimallar nəzəriyyəsindəndir. Düşünürəm ki, hazırkı dövrdə sualı bu cür qoymaq o qədər də düz deyil. İkincisi isə gəlin, konkret məsələlərin həllini gözləyək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG