Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:05

Müxalifətçilər Avropa Şurasından gələn müşahidəçiləri boykot etdi


Azərbaycan müxalifəti Avropa Şurasının Yerli və regional hakimiyyətlər Konqresinin müşahidə missiyası tərəfindən bu günə təyin edilən dəyirmi masanı boykot edib. Bu barədə APA-ya istinadla Day.az məlumat yayıb.

23 dekabr bələdiyyə seçkilərinə həsr olunan və Bakıda keçirilməsi planlaşdırılan tədbirə 6 müxalifət partiyası – “Müsavat”, “Xalq Cəbhəsi”, “Ümid” və başqa qurumlar dəvət edilmişdi.

Amma müxalifətçilər missiya rəhbərlərinin nümayiş etdirdiyi “qeyri-obyektiv və qeyri-səmimi” mövqeyi əsas gətirərək tədbirə qatılmaqdan imitna ediblər. Tədbir baş tutmayıb.

Müxalifət artıq ikinci dəfədir ki, sözügedən missiyanın təşkil etdiyi tədbiri boykot edir.
XS
SM
MD
LG