Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:32

Obamanın səhiyyə planı Senatdakı ilk maneəni keçdi


Amerika prezidenti Barak Obamanın təklif etdiyi səhiyyə islahatları paketi Senatda ilk böyük maneəni adlaya bilib.

Bu – qanun layihəsinin tam təsdiqi üçün lazım olan 3 mərhələdən birincisidir.

Senatdakı debatlarda Obamanın Demokrat Partiyası iki müstəqil millət vəkilinin dəstəyini qazanıb və beləliklə də qanun layihəsinin növbəti prosedur mərhələyə keçməsi üçün lazım olan 60 səsi toplamaq mümkün olub.

Müxalifətdə olan respublikaçıların 40 nümayəndəsinin hamısı qanun layihəsinin əleyhinə səs verib.

Amerikada 30 milyon sağlamlığı sığortalanmayan vətəndaş var.
XS
SM
MD
LG