Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:15

Keçmiş baş prokuror "Ergenekon işi" ilə bağlı ifadə verməyə çağrılıb


“Ergenekon” deyilən əməliyyat çərçivəsində Türkiyə Ali Məhkəməsinin pensiyada olan fəxri Baş prokuroru Sabih Kanadoğlu dekabrın 22-də prokuorluğa ifadə verməyə çağırılıb. Bu haqda AzadlıqRadiosunun İstanbul müxbiri məlumat verir.

Türkiyədəki dünyəvi rejimin hərarətli tərəfdarlarından olan Sabih Kanadoğlu, pensiyaya çıxandan sonra ölkənin müxtəlif universitet və QHT-ləri tərəfindən təşkil edilən konfrans və simpoziumlarda AKP hökumətini sərt şəkildə tənqid edir.

İctimaiyyət tərəfindən cümhuriyyətçi və hüququn üstünlüyü prinsiplərini müdafiə edən bir adam kimi tanınan Sabih Kanadoğlu avqust ayındakı bir çıxışında demişdi:”Demokratiya - qaydalar rejimidir.Demokratiya-onun qaydalarına əməl edildiyi təqdirdə yaşaya bilən bir rejimdir.İndi bunlar nə etmək istəyirlər?

Əgər siz ədliyyə sistemini də öz iqtidarınıza bənzətmək istəyirsinizsə, bu rejimin adı diktatura olacaqdır.

Hələ bir də sizin dini kimliyiniz varsa, onda-çox açıq şəkildə deyirəm - bunun adı “Dindar diktatura”dır”.
XS
SM
MD
LG