Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:05

Çavez Anhel şəlaləsinin adını dəyişmək istəyir


Venesuela prezidenti Uqo Çavez dünyanın ən hündür şəlaləsinin adını dəyişmək istəyir.

O deyib ki, şəlaləyə keçmiş adının – hinduların dilində olan adının qaytarılmasının tərəfdarıdır.

Şəlalə - 1933-cu ildə onu aşkar edən amerikan təyyarəçisi Cimmi Anhelin şərəfinə Anhel adlandırılır.

Televiziya ilə çıxış edən Çavez deyib ki, "venesuelalılar dünyanın ən hündür şəlaləsinin Amerikadan gələn bir pilot tərəfindən kəşf ediməsi ideyasını necə qəbul edə bilərlər.

Düzdür, həmin pilota hörmətimiz var.

Amma hindular həmin şəlaləni ondan xeyli qabaq aşkar ediblər, ona ad da veriblər“.

Çavez şəlalənin Kerepakupai-Meru adlandırılmasını istəyir.

Anhel şəlaləsinin hündürlüyü təxminən 1 kilometrdir.
XS
SM
MD
LG