Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:14

Xaqani küçəsi 33 yenidən istifadəyə verildi


Dekabrın 21-də prezident İlham Əliyev Hesablama Palatasının yeni binasının açılış mərasimində iştirak etmək üçün Xaqani küçəsinə gəlib. Vətəndaşların bu küçə ilə hərəkət etməsi və evlərindən çıxması qadağan edilmişdi.

Hesablama Palatasının üçmərtəbəli binası Xalq Cəbhəsi Partiyasının keçmiş qərargah-mənzilinin yerində tikilib. Bu müxalifət partiyası, habelə həmin binada yerləşən bir sıra KİV-lər 2006-cı ilin noyabrında məhkəmənin qanunsuz qərarından sonra buradan çıxarılıblar.

Sonradan Xaqani küçəsi 33-dəki bina tamamilə dağıdılıb və onun yerində yenisi tikilib.
XS
SM
MD
LG