Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 05:39

Sərhədlərin demarkasiyası üçün İraq-İran komitəsi işə başlayacaq

Amerikanın yüksək rütbəli hərbçisi admiral Mayk Müllen İran hərbçilərinin İraq ərazisinə müdaxilə edərək, burada bir neft yatağını ələ keçirməsindən narahatlığını bildirib. O mübahisənin Bağdadla Tehran arasında həll edilməsinin vacibliyini bildirib. İran hərbçilərinin artıq İraq ərazisini tərk etdiyi xəbər verilir.

İraq hökumətinin sözçüsü Əli əl-Dabbaq deyib ki, sərhədlərin demarkasiyası üçün İraq-İran komitəsi işə başlayacaq.

XS
SM
MD
LG