Polşa polisi Auşvitz ölüm düşərgəsinin üzərində asılmış və ötən cümə naməlum şəxslər tərəfindən oğurlanmış metal lövhəni ölkənin şimalında üç hissəyə bölünmüş halda tapıb. Hadisəyə görə beş nəfər şübhəli saxlanılıb.
Hələlik motivi bəlli olmayan oğurluq dünyada böyük əks-səda doğurmuşdu. İkinci Dünya Müharibəsi zamanı Auşvitz ölüm düşərgəsində 1 milyondan çox insan həyatını itirib.