Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 15:17

Hidrometeoroloqlar dekabrın 22-dəki havayla bağlı xəbərdarlıq yayıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu dekabrın 22-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda bildirilir ki, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Dekabrın 23-24-də isə hava şəraiti qeyri-sabit keçəcək, yağıntı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur 4-7 dərəcə düşəcək.


XS
SM
MD
LG