Bu gün İranda müxalif baxışlı Ayətullah Hüseyn Əli Müntəzirinin dəfn mərasimi ilə bağlı minlərlə iranlının küçələrə çıxacağı gözlənilir.
Müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi tərəfdarlarını Qum şəhərində keçiriləcək dəfn mərasiminə qatılmağa çağırıblar. Polis bazar günündən şəhəri xüsusi nəzarətdə saxlayır.
Müntəziri 1979-cu il İslam inqilabının əsas ideoloqlarından biri olub. O dəfələrlə indiki hakimiyyəti İslam dininindən istifadə edərək ölkədə diktatura qurmaqda suçlayıb.
Ayətullah Hüseyn Əli Müntəziri avqustda demişdi ki, prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları indiki rejimin yıxılmasına səbəb ola bilər.