Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

İranda Müntəzirinin dəfn mərasimi ilə bağlı minlərlə iranlı küçələrə çıxacaq


Bu gün İranda müxalif baxışlı ayətulla Hüseyn Əli Müntəzirinin dəfn mərasimi ilə bağlı minlərlə iranlının küçələrə çıxacağı gözlənilir.

Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi tərəfdarlarını Qum şəhərində keçiriləcək dəfn mərasiminə qatılmağa çağırıblar. Polis bazar günündən şəhəri xüsusi nəzarətdə saxlayır.

Müntəziri 1979-cu il İslam inqilabının əsas ideoloqlarından biri olub. O dəfələrlə indiki hakimiyyəti İslam dininin adından istifadə edib ölkədə diktatura qurmaqda ittiham edib. Müntəziri avqustda demişdi ki, prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları indiki rejimin yıxılmasına səbəb ola bilər.

XS
SM
MD
LG