Keçid linkləri

2024, 21 İyun, Cümə, Bakı vaxtı 02:51

Əfqanıstan hökumətinin təxminən yarısı yenilənib


Əfqanıstan prezidenti Həmid Kərzai Parlamentə təqdim etdiyi yeni kabinetin üzvlərini dəstəkləyib və bildirib ki, onların hamısı korrupsiyayla mübarizədə məsuliyyət daşıyacaqlar.

O bildirib ki, 25 nəfərlik kabinet üzvlərinin təxminən yarısı yeni və xalqa xidmət edə bilən bacarıqlı adamlardır.

Prezident qeyd edib ki, yeni kabinet ölkədəki bütün etnik qrupların nümayəndələrindən təşkil edilib.

Yeni hökumətin tərkibini parlament də təsdiq etməlidir.

Qərb Həmid Kərzaidən ölkədə korrupsiya və özbaşınalığa son qoyulmasını tələb edir.
XS
SM
MD
LG