Dekabrın 20-də Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkisi öncəsi növbəti iclasını keçirib. İclasda Komissiyaya daxil olmuş iki şikayətə baxılıb. Şikayətlərdən biri 69 saylı Cəlilabad- Masallı seçki dairəsinin seçiciləri tərəfindən daxil olub. Seçicilər namizədlərdən birinin qanunsuz təşviqat kampaniyası aparması və seçki məntəqəsində çalışan qohumlarından şəxsi maraqları üçün istifadə etməsindən şikayətləniblər.
99 saylı Şəmkir seçki dairəsindən namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının bir qrup üzvü isə bəzi rəqiblərindən şikayətçidirlər. Onlar iddia edirlər ki, 9 nəfərdən ibarət namizədlər qrupu öz təşviqat materiallarında hakim partiyanın namizədlərinin şərəf və ləyaqətlərini alçaldırlar.
MSK hər iki şikayətin araşdırılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edib.
Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-dədir.