Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 12:26

İranda dissident dini xadim Müntəziri vəfat edib


İranda nüfuzlu, dissident dini xadim Ayətulla Hüseyin Əli Müntəziri 87 yaşında vəfat edib.

İRNA agentliyinin məlumatına görə o Qum şəhərindəki evində ölüb.

Bəzi məlumatlara görə o yuxuda keçinib.

Müntəziri dəfələrlə indiki hakimiyyəti İslamın adından istifadə edərək ölkədə dikdatura qurmaqda ittiham eləmişdi.

Müntəziri 1979-cu il İslam İnqilabının banilərindən biridir.

Əvvəlki lider Ayətulla Ruhulla Xomeynini o əvəz etməliydi.

Amma Xomeyninin ölümünə bir qədər qalmış onların arasında mübahisə yarandı və hakimiyyətə indiki ali dini lider Xamenei gəldi.

Müntəziri avqustda demişdi ki, prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları indiki rejimin yıxılmasına səbəb ola bilər.
XS
SM
MD
LG