Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 09:34

Müttəfiq qoşunları Talibana qarşı hücuma keçib

Əfqanıstanda paytaxt Kabilin şərqindəki Uzbin vahəsində 1100 nəfərlik müttəfiq qoşunlar Talibana qarşı hücuma keçiblər. Hücuma keçən müttəfiq qoşunların 800 nəfəri fransız legioneri, 200-ü Amerika xüsusi təyinatlıları, qalanı isə yerli əfqan qüvvələridir.

Keçən ilin avqustunda Uzbin vahəsində 10 fransız əsgər taliblərin pusqusuna düşüb həlak olmuşdu. Əməliyyatın məqsədi vahəni taliblərdən tamamilə təmizləməkdir.

XS
SM
MD
LG