Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Nobel mükafatlı şairə heykəl qoymağa pul tapılmır


Moskvada Nobel mükafatlı yazar Boris Pasternaka abidə qoyulması qeyri-müəyyən müddətə təxirə salınıb.

Heykəl gələn il Volxonka küçəsindəki 14 nömrəli evin qarşısında qoyulmalı idi (şairin ailəsi vaxtilə bir neçə il həmin ünvanda yaşayıb), amma Rusiya paytaxtının 2010-cu il üçün büdcəsində abidə üçün vəsait ayrılmayıb.

Meriyanın sözçüsü “İnterfaks”a deyib ki, təxirə salma haqda qərarı Moskva meri Lujkov qəbul edib.

Pasternaka heykəl qoyulması haqda qərarı paytaxt meriyası 2006-cı ildə qəbul etmişdi.

Hazırda Rusiyada Pasternakın yalnız Perm şəhərində heykəli var. Moskva vilayətində - Peredelkinoda isə onun ev muzeyi fəaliyyət göstərir.

Pasternak 1958-ci ildə Nobel mükafatına layiq görülüb. Onun ən məşhur əsəri "Doktor Jivaqo"dur, əsərdə Rusiya İmperiyasının son, Sovetlər Birliyinin isə ilk illərindən danışılır.

"Doktor Jivaqo" ilk dəfə 1957-ci ildə İtaliyada çap olunub və Rusiyada dissident hərəkatına böyük təkan verib.

Həmçinin bax!

Bizə yeni ədəbiyyat lazımdırmı? ŞƏRH

Çarlz Dikkensin diş çöpü 9 min dollara satıldı

Pelevinin yeni romanı Tolstoya parodiya üzərində qurulub

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG