Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:04

Pelevinin "P nəsli" romanı əsasında film çəkilib


Üç ildir davam edən çəkilişlər nəhayət başa çatdı.

Müasir rus ədəbiyyatının ən tanınan nümayəndələrindən olan Viktor Pelevinin “P nəsli” əsəri əsasında çəkilən bədii filmin artıq montajı yekunlaşır və kompüter qrafikası təkmilləşdirilir.

İki saatlıq film - Amerika-Rusiya layihəsidir. Filmin premyerası 2010-cu ilin oktyabr-noyabr aylarına təyin edilib.

Belə gec premyera filmi çəkənlərin onu yalnız müxtəlif kinofestivallara çıxarandan sonra geniş tamaşaçı kütləsinə təqdim etmək istəyindən irəli gəlir.

Film Amerika və Avropa tamaşaçılarına da göstəriləcək.

“P nəsli” 1999-cu ildə çıxıb və postsovet Rusiyasındakı problemlərdən bəhs edir.

Keçən ay isə Pelevinin “T” adlı yeni romanı çıxıb.

Əsərin süjeti əsl qarabasmadır. “T” adlı bir qraf (çox güman ki bu, dahi rus yazıçısı Tolstoya parodiyadır) Yasnaya Polyanadan Optina Pustına gedir.

Mühafizəkar tənqidçilər yazır ki, Yasnaya polyananın nə olduğu bəllidir, amma bilinmir ki, Optina Pustın haradır – qaraçı taborudur, kilsədir, yoxsa Misir qurbangahı?

"Qraf “T” həm şərə qeyri-zorakı yolla müqavimət göstərməyin tərəfdarıdır, düşmənlərini sevir, həm də əlbəyaxa döyüş ustası olaraq “Özünü qoru” deyib qabağına çıxanı o dünyalıq edir".

Postmodernist Pelevinin 47 yaşı var. Əsərlərində yaratdığı fantastik və absurd mühit əslində tarixə və müasir dövrə satirik yanaşma üçün bir vasitədir.

Həmçinin oxu!

Çarlz Dikkenzin diş çöpü 9 min dollara satıldı

İki ay qazdılar, Lorkanın sümükləri tapılmadı...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG