Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:51

«Sahibkarlara qarşı məmur özbaşınalığı daha da çoxalmaqdadır»


Sevgim Rəhmanov
Sevgim Rəhmanov
«Son vaxtlar ölkədə sahibkarlara qarşı məmur özbaşınalığı daha da çoxalmaqdadır. Ancaq artıq heç kimdən çəkinmədən bu barədə açıq danışmağa, mətbuat konfransında iştirak etməyə razılıq verən sahibkarlar da var. Bu isə problemin ictimailəşməsinə imkan yaradır».

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov «İşdən sonra»da belə deyib. O bildirib ki, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi, eləcə də bəzi məmurlar tərəfindən sahibkarların fəaliyyətinə maneəçilik törədilir:

«Araşdırmalar nəticəsində məlum olur ki, bu maneəçilik sahibkarı rüşvət verməyə məcbur etmək məqsədi ilə düşünülmüş şəkildə törədilir».

Sevgim Rəhmanov deyir ki, məhkəməyə müraciət edənlərin firmasında isə əlavə yoxlamalar aparılır:

«Məsələn, sahibkar İlham Əsgərov belə vəziyyətlə üzləşdiyi üçün məhkəməyə müraciət edib. Bu barədə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyinin də məlumatı var.».

Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı isə «İşdən sonra»ya deyib ki, bu barədə onda hər hansı məlumat yoxdur. Ancaq məsələni rəhbərliyin diqqətinə çatdıracaq.
XS
SM
MD
LG