Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

Prokuror yol polisini qətlə yetirənə 15 illik həbs cəzası istəyib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısı polis zabitini qətlə yetirməkdə təqsirli bilinən Baklı şəhər sakini Rasim Məmmədova cəza istəyib. Prokuror məhkəmədən təqsirləndirilən şəxsə 15 illik həbs cəzası təyin olunmasını xahiş edib.

Prokuror çıxışında qeyd edib ki, Rasim Məmmədovun bu il iyunun 1-də Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonu ərazisindəki Xıdır Zində pirinin yaxınlığında Baş Dövlət Yol Polis Alayının əməkdaşı, polis baş serjantı Elçin İsmayılovu döyərək qətlə yetirməsi məhkəmə yolu ilə sübuta yetirilib.

Təqsirləndirilən şəxs məhkəmə ifadəsində göstərib ki, idarə etdiyi «Opel Vectra» markalı maşınla Qubadan Bakıya gələrkən yol polis əməkdaşı tərəfindən saxlanılıb. Yol polisi iş növbəsi bitdiyi üçün sürücüdən onu da Bakıya götürməsini xahiş edib. Siyəzən ərazisindəki Xıdır Zində pirinin yaxınlığında polis əməkdaşı onun maşında olan qeyri-qanuni arvadına söz atıb. Bu səbəbdən də polis əməkdaşı ilə onun arasında mübahisə yaranıb və o, polis əməkdaşını maşından düşürərək döyüb. Polis əməkdaşı aldığı zərbələrdən hadisə yerində keçinib.

Zərərçəkmiş tərəfin nümayəndəsi isə məhkəmədə iddia edib ki, Elçin İsmayılov xidməti vəzifəsini yerinə yetirərkən sürücü tərəfindən döyülərək öldürülüb.
XS
SM
MD
LG