Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:09

Ruslar kimi daha yaxın dost bilirlər?


İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi noyabr ayında Rusiyanın 42 vilayətində 140 yaşayış məntəqəsində sorğu keçirib. 1600 nəfərin cəlb olunduğu bu sorğu ilə Mərkəz rusların MDB ölkələrinə və onların liderlərinə nə qədər güvəndiklərini öyrənməyə çalışıb. Sorğunun nəticələrinə görə, ruslar Belarusu, Belarus xalqını və onun prezidenti Aleksandr Lukaşenkonu özlərinin ən etibarlı tərəfdaşları hesab edirlər. Ən etibarsız hesab etdikləri isə Gürcüstan və onun lideri Mixeil Saakaşvilidir.


Sorğuda Azərbaycanla Ermənistana münasibətdə də maraqlı nəticələr ortaya çıxıb. Ruslar əksər məsələlərdə Kremlin siyasətini dəstəkləyən Ermənistanı beynəlxalq məsələlərdə Rusiyanın etibarlı tərəfdaşı kimi Azərbaycandan yuxarıda göstəriblər. Amma prezidentə inam baxımından İlham Əliyevə inananlar Serj Sarkisyana etibar edənlərdən daha çox olub. Sorğunun nəticəsinə görə, rusların Sarkisyana etibarı Kremlin görmək belə istəmədiyi Ukrayna prezidenti Yuşşenkodan cəmi bir pillə irəlidədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG