Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

Kopenhagen konfransına Danimarkanın baş naziri sədrlik edəcək


Bu gündən Kopenhagendə keçirlən beynəlxalq konfransa Danimarkanın baş naziri Lars Lökke Rasmussen sədrlik edəcək.

O bu vəzifədə danimarkalı nazir Konni Hedeqordu əvəz edəcək.

Hedeqordun istefaya getməsinin səbəbi bəlli olmasa da, o bunun prosedur qaydalarla bağlı olduğunu deyir.

Kopenhagen konfransında havaya buraxılan dəm qazlarının azaldılması və qlobal istiləşməylə mübarizədə yoxsul ölkələrə maliyyə yardımı edilməsi
müzakirə olunur.

Bu gün şəhərdə yenidən polislə nümayişçilər arasında toqquşma olub, 100-ə yaxın adam saxlanıb.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Nümayişçilər konfrans iştirakçılarını məsələdə razılığa gəlməyə çağırırlar.
XS
SM
MD
LG