Bakı Apellyasiya Məhkəməsi öz keçmiş əməkdaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Siyasət Sultanovun apellyasiya şikayətinə baxıb.
Siyasət Sultanov barəsindəki cəzanın daha yüngül cəza ilə əvəz olunmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Siyasət Sultanov Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclası katibi işləyərkən bu il yanvarın 28-də Ali Məhkəmənin katibi Azər Fərəcova bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilib. Məhkəmə yolu ilə müəyyən edilib ki, iki məhkəmə katibi arasındakı münaqişə şəxsi zəmində baş verib.
Siyasət Sultanov əvvəlcə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə işə baxılarkən isə onun əməli Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilib.