Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:19

Yeqor Qaydar vəfat edib


90-cı illərdə Rusiya iqtisadiyyatında islahatlara imza atmış iqtisadçı Yeqor Qaydar vəfat edib.

Onun 53 yaşı vardı. Sözçüsü bildirib ki, Qaydar bu səhər Moskva yaxınlığındakı evində, qopmuş trombdan ölüb.

Qaydar sabiq prezident Bors Yeltsenin dövründə işləyib, Sovet İttifaqının dağılmasından sonra Rusiyanın bazar iqtisadiyyatına keçidinin memarı olub.

«Şok terapiyası» adlandırılan islahatlara Rusiyada ilk dəfə özəlləşdirmənin keçirilməsi də daxildir.

XS
SM
MD
LG