Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:35

Əfv Komissiyasının iclası olacaq


Dekabrın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

«Mediaforum» saytı xəbər verir ki, bunu jurnalistlərə komissiyanın üzvü, şair, deputat Vaqif Səmədoğlu deyib.

V.Səmədoğlu bildirib ki, iclasda məhkumların əfvi ilə bağlı komissiyaya daxil olan müraciətlərə baxılacaq: «Mənə də xeyli müraciət təqdim olunub. Onlardan 60-a qədərini komissiyaya təqdim etmişəm. Komissiyada həmin müraciətlərə də baxılacaq».

Əfv Məsələləri Komissiyası bir həftə əvvəl də iclas keçirmişdi.
XS
SM
MD
LG