Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:08

Xristian dünyasının “Salman Rüşdüsü” Türkiyəyə səfər etdi


“Itirilmiş simvol" adlı son əsərini tanıtmaq üçün bir neçə gün qabaq Türkiyəyə gəlmiş məşhur Amerika yazıçısı Den Braun yerli jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Vatikanın onun yaradıcılığını aqressiv qarşılamasına normal baxır.

“Belə müzakirələr yaxşı haldır. Nəyə inanırıq, nədən inanırıq – bunlarla bağlı müzakirələrə yol açır”.

"İtirilmiş simvol" əsərindəki hadisələr "Da Vinçi kodu" əsərindəki hadisələrdən sonra baş verir. Daha dəqiqi 12 saat ərzində Vaşinqtonda baş verir və daha çox masonluğa həsr edilib.

Türk jurnalistləri ona yeni əsərindən daha çox katolik kilsəsinin hiddətinə səbəb olmuş qalmaqalı "Da Vinçi kodu" romanı haqda suallar veriblər.

Əsərdə İsa peyğəmbərin Məcdəlli Məryəmlə (Mariya Maqdalina) münasibətlərinə ənənəvi dini baxış şübhə altına alınır, İsa Peyğəmbərin Məryəmlə evlənməsi, ondan uşağının olmasının mümkünlüyü müzakirə edilir.

Bir türk jurnalistinin “Xristian tarixini dəyişə bildinizmi” sualının cavabında yazıçı deyib ki, “'Xristian tarixini dəyişdirib-dəyişdirmədiyimi bilmirəm, amma məncə, xristianları İncil, müqəddəs yazıların doğruluğu mövzusunda müzakirələrə sövq edə bildim”.

“Da Vinçi kodu” 2003-də çap edilib. İndiyəcən əsər 44 dilə tərcümə olunub və 80 milyondan artıq nüsxəsi satılıb. "İtirilmiş simvol" də bestsellerdir, bu ilin sentyabrında çapdan çıxan əsərin artıq 6 milyondan artıq nüsxəsi satılıb.

Amma əsasən Amerikada. Bir çox nüfuzlu dərgilər əsəri kəskin tənqid ediblər, onu "oxucuya heç nə verməyən roman" adlandırıblar.

Vatikanda Papadan sonra “ikinci adam olan” arxiyepiskop Ancelo Amato əsəri “xristianlığa böhtan və cinayət” adlandırmışdı.

“Əgər belə böhtanlar Qurana və Holokosta qarşı yönəlsəydi, onlar haqlı olaraq bütün dümyada üsyan doğurardı” - demişdi.

Azadlıq Radiosunun Ədəbiyyat portalında həmçinin oxu!

Elçin Hüseynbəyli: «Rus mədəniyyəti bizə türk mədəniyyətindən yaxındır…»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG