Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:50

Azərbaycanda insan haqları məsələsi Avropa Parlamentində müzakirə edilir


Azərbaycanda insan haqlarının vəziyyəti Avropa Parlamentində müzakirəyə çıxarılır. Müzakirlər Dekabrın 17-də Strasburqda, yerli vaxtla saat 3-də başlayacaq. Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması, jurnalistlərin və bloqqerlərin həbsləri və söz azadlığıyla bağlı durumun pisləşməsi əsas müzakirə mövzuları olacaq.

Avropa Parlamentindən AzadlıqRadiosuna verilən xəbərə görə, həmin müzakirələr zamanı söz və ifadə azadlığının durumuyla bağlı qətnamə layihəsi də səsverməyə çıxarıla bilər. Dekabrın 15-də, həmin qətnamə layihəsi Avropa Parlamentinin komissiyalarında müzakirə edilib. Parlamentdəki iri siyasi partiyalar qətnamənin mətniylə bağlı konsensusa gəlməyə çalışır.

XS
SM
MD
LG