Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Milli Məclis ABŞ Konqresinə müraciət qəbul edib


Milli Məclis ABŞ Konqresinə müraciət qəbul edib. Dekabrın 15-də keçirilən iclada yekdilliklə qəbul edilən müraciətdə deyilir ki, Azərbaycan parlamenti ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə ayırdığı yardımı torpaqların işğalına mənəvi dəstək kimi dəyərləndirir:

«Əgər bu həqiqətən də humanitar yardımdırsa, onda ABŞ həmin pulu ərazi bütövlüyünü tanıdığı Azərbaycana ayrılan vasaitin tərkibinə daxil etməli idi.
İndiki halda isə Ermənistan arxayınlaşacaq və sülhün əldə olunmasını bir az da uzadacaq».

Müraciətin sonunda bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ prezidenti Barak Obamanın veto hüququndan istifadə edərək Dağlıq Qarabağa birbaşa yardımın qarşısını alacağına ümid bəslənilir.

Dekabrın 15-də keçirilən iclasda cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputatların demək olar ki, hamısı Birləşmiş Ştatların Dağlıq Qarabağa yardım ayırmasına etirazını bildirib.

Bəzi deputatların təklifi ilə ABŞ Konqresinə müraciət etmək üçün 8 nəfərdən ibarət komissiya yaradılıb.

Fasilə zamanı isə parlamentdə təmsil olunan bütün partiyalar bu məsələyə dair birgə hazırladıqları etiraz bəyanatı yayıblar.
XS
SM
MD
LG