Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:01

«İdeal»ın baş redaktoru özünü təqsirli bilmir


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «İdeal» qəzetinin baş redaktoru Nazim Quliyevin məhkəməsi keçirilir. Məhkəmə iclasına hakim Azər Orucov sədrlik edir.

İbtidai istintaq orqanı Nazim Quliyevi hədə-qorxu ilə pul tələb etməkdə, xuliqanlıqda, narkotik vasitələr qəbul etməkdə təqsirli bilib. İttihama görə, Nazim Quliyev ayrı-ayrı vətəndaşları rəhbəri olduğu qəzetdə barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Həmin yazıların qəzetdə dərc olunmaması üçün onlardan külli miqdarda pul tələb edib. Məhkəmədə ifadə verən Nazim Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç kəsdən hədə-qorxu ilə pul tələb etməyib və zərərçəkmişlər ona qarşı qərəzli ifadələr veriblər.

Bu ilin may ayında Nazim Quliyev Cinayət Məcəlləsinin təhqir maddəsi üzrə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin məhkəmə prosesi «Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və keçmiş döyüşçü Səbirə Mahmudovanın iddiası əsasında keçirilmişdi.
XS
SM
MD
LG