Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:06

Parlament Obamaya və Konqresə müraciət edəcək


Parlament Obamaya və Konqresə müraciət edəcək
Parlament Obamaya və Konqresə müraciət edəcək
Milli Məclis dekabrın 15-də keçirdiyi iclasında Amerika prezidenti və Konqresinə müraciət etmək üçün komissiya yaradıb. Azərbaycanlı deputatlar Birləşmiş Ştatlar Konqresinin Dağlıq Qarabağa yardım ayırmasına etirazlarını bildiriblər.

Cari məsələlərin müzakirəsi zamanı bir çox deputatlar buna münasibətlərinin bildiriblər.

Əli Hüseynov konqresin Dağlıq Qarabağa yardımını «korrupsiya» adlandırıb: «Bundan nə separatçı rejim, nə də Azərbaycan qazanır. Amma Amerikanın imicinə mənfi təsir göstərir. Amerika artıq öz müttəfiqlərini seçib».

Zahid Oruc deyib ki, konqresin son 17 ildə ayırdığı 200 milyon dollar yardım qondarma rejimin ayaqda qalmasına xidmət edib.

Spiker Oqtay Əsədov ABŞ prezidenti və konqresinə müraciət etmək təklifini dəstəkləyib. O, bildirib ki, Dağlıq Qarabağa yardım məsələsi konqresə təqdim olunan büdcə layihəsində nəzərdə tutulmayıbmış, bu erməni lobbisinin təsiri ilə baş verib. Spiker onu da əlavə edib ki, lobbi nümayəndələri konqresmenlərə göndərdikləri təşəkkür məktublarında dünyada ikinci erməni dövlətinin olması barədə təsəvvür yaradırlar. O.Əsədov prezident Obamaya həm də Nobel Sülh Mükafatını almış bir şəxs kimi müraciət olunacağını xatırladıb.

Müzakirələrdən sonra müraciəti hazırlamaq üçün aşağıdıkı tərkibdə komissiya yaradılıb:

Musa Quliyev, Əli Hüseynov, Fəttah Heydərov, Nəsib Nəsibli, Yevlda Abramov, Elman Məmmədov, Həvva Məmmədova, Gülər Əhmədova.

ABŞ konqresi Dağlıq Qarabağa gələn il üçün 8 milyon dollar yardım ayırıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmisi Terri Devidson bildirib ki, bu yardım hökumət üçün deyil, insanlar üçündür: «Bu, xalis humanitar yardımdır, minalardan təmizləmə kimi layihələr üçün nəzərdə tutulur. Bu layihələr QHT-lər tərəfindən həyata keçirilir».
XS
SM
MD
LG