Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 10:25

Obama administrasiyası demokratiyaya dəstəyini zəiflətməyəcək


ABŞ prezidenti Barak Obama Amerikanın məqsədi olan ümumdünya insan haqları ilə bağlı təzyiqlərini davam etdirəcək

ABŞ prezidenti Barak Obama Amerikanın məqsədi olan ümumdünya insan haqları ilə bağlı təzyiqlərini davam etdirəcək. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton belə deyib və bunu «praqmatizmin prinsipi» adlandırıb.

Dekabrın 14-də Vaşinqtonda Corctaun Universitetində çıxış edən xanım Klinton deyib ki, Obama fəlsəfəsi daha çox Birləşmiş Ştatların Çin və Rusiyada insan haqları problemi kimi gördüklərinə verdiyi qiymətdə daha aydın özünü göstərəcək.

Dövlət katibi deyib ki, ABŞ Rusiya liderlərini hələ də cəzasız qalan siyasi fəallar və jurnalistlərin öldürülməsi halları ilə bağlı sorğu-sual etməyi davam etdirir.

Geniş mənada isə Klinton deyib ki, Obama administrasiyası bütün dünyada demokratiyaya verdiyi dəstəyi zəiflətməyəcək, çünki bu, insan haqlarını irəli çəkməyin ən effektiv yoludur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG